G-74H2NJVZ8R

Üzeyir Bəy Hacıbəylinin haqqında "Uzun ömrün akkordları" sənədli filminin çəkildiyi ünvan

Mədəniyyət paytaxtımız əziz Şuşada Vaqif Poeziya Günlərində iştirak edərkən, dahisənətkarımız Üzeyir Bəy Hacıbəylinin haqqında "Uzun ömrün akkordları" sənədli filminin çəkildiyi ünvanlardan birini ziyarət etdik.

İşğalçı Ermənistan vandalizminin dəhşətləri bu filmin çəkildiyi tarixi binalardan da yan keçməyib…

Ali Baş Komandanımızın rəhbərliyi, müzəffər Ordumuzun qəhrəmanlığı ilə işğaldan azad edilmiş əziz Şuşamızda böyük quruculuq, abadlıq işləri aparılır. Dahi Üzeyir Bəy Hacıbəylinin evində, ev muzeyində də təmir-bərpa işləri artıq başa çatır və bu evin, bu muzeyin qapısı Şuşaya gələn ziyarətçilərə açılıb; inanırıq ki, Üzeyir Bəy haqqında filmin çəkildiyi pavilyon, ev və digər ünvanlar da sırası ilə təmir-bərpa olunacaq, ziyarətçilərə, mədəniyyət təsərrüfatımıza yenidən qazandırılacaqdır.

Bizlərsə erməni vandalizmini, erməni faşizminin iç üzünü görmək, duymaq istəməyənlərə gerçəklikləri yorulmadan çatdırmalıyıq. Çünki ermənilərin əsl məqsədi işğal etdikləri torpaqlarımızdan xalqımızın tarixini və mədəniyyətini də tamamilə silmək olub. Bu dəhşətli barbarlığı bütün dünyaya daha çox duyurmalıyıq.

#addimaddimshusha #karabakh #qarabagh #azerbaycan #susali #qarabagli #susalilar #qarabaglilar #shusha #shushastepbystep #azerbaijani #azerbaijanian #ganirepashayeva #qenirepasayeva #ganirapashayeva #armenianvandalism #armenianbarbars #armenian #armenians