G-74H2NJVZ8R
Ganire Pashayeva Cover Image
Ganire Pashayeva Profile Picture
Ganire Pashayeva
@GanirePashayeva
3 people like this

Üzeyir Bəy Hacıbəylinin haqqında "Uzun ömrün akkordları" sənədli filminin çəkildiyi ünvan

Mədəniyyət paytaxtımız əziz Şuşada Vaqif Poeziya Günlərində iştirak edərkən, dahisənətkarımız Üzeyir Bəy Hacıbəylinin haqqında "Uzun ömrün akkordları" sənədli filminin çəkildiyi ünvanlardan birini ziyarət etdik.

İşğalçı Ermənistan vandalizminin dəhşətləri bu filmin çəkildiyi tarixi binalardan da yan keçməyib…

Ali Baş Komandanımızın rəhbərliyi, müzəffər Ordumuzun qəhrəmanlığı ilə işğaldan azad edilmiş əziz Şuşamızda böyük quruculuq, abadlıq işləri aparılır. Dahi Üzeyir Bəy Hacıbəylinin evində, ev muzeyində də təmir-bərpa işləri artıq başa çatır və bu evin, bu muzeyin qapısı Şuşaya gələn ziyarətçilərə açılıb; inanırıq ki, Üzeyir Bəy haqqında filmin çəkildiyi pavilyon, ev və digər ünvanlar da sırası ilə təmir-bərpa olunacaq, ziyarətçilərə, mədəniyyət təsərrüfatımıza yenidən qazandırılacaqdır.

Bizlərsə erməni vandalizmini, erməni faşizminin iç üzünü görmək, duymaq istəməyənlərə gerçəklikləri yorulmadan çatdırmalıyıq. Çünki ermənilərin əsl məqsədi işğal etdikləri torpaqlarımızdan xalqımızın tarixini və mədəniyyətini də tamamilə silmək olub. Bu dəhşətli barbarlığı bütün dünyaya daha çox duyurmalıyıq.

#addimaddimshusha #karabakh #qarabagh #azerbaycan #susali #qarabagli #susalilar #qarabaglilar #shusha #shushastepbystep #azerbaijani #azerbaijanian #ganirepashayeva #qenirepasayeva #ganirapashayeva #armenianvandalism #armenianbarbars #armenian #armenians

Azərbaycanın qədim Şuşa şəhərində ermənilər tərəfindən güllələnmiş abidə

Mədəniyyət paytaxtımız olan əziz Şuşada Vaqif Poeziya Günlərində iştirak edərkən,
erməni barbarlığının bariz nümunəsi olan bir çox dağıdılmış abidələrimizi, zamanında dövlət qoruması altında olmuş evləri, mülkləri ziyarət etdik.

İşğalçı Ermənistan vandalizminin dəhşətləri Şuşanın hər tərəfində görünür…

Ali Baş Komandanımızın rəhbərliyi, Ordumuzun unikal hərbi əməliyyatı ilə işğaldan azad edilmiş əziz Şuşamızda böyük quruculuq, abadlıq işləri aparılır. İnanırıq ki, Şuşada bütün abidələr sırası ilə təmir-bərpa edilərək, Şuşaya gələn ziyarətçilərin üzünə açılacaq.

İşğalçı Ermənistan dövlətinin vandalizminin, erməni barbarlığının izlərini aradan qaldırmaqla yanaşı, onların bir bölümü gələcək nəsillərin görməsi üçün saxlanılacaqdır.
Biz əminik ki, çox yaxın zamanlarda əziz Şuşamız bütün dünyada ən gözəl şəhərlərdən, abad mədəniyyət paytaxtlarından biri kimi tanınacaq; amma bizim görəcəyimiz çox iş var: erməni vandalizmini, erməni faşizminin iç üzünü görmək, duymaq istəməyənlərə gerçəklikləri yorulmadan çatdırmalıyıq. Çünki ermənilərin əsl məqsədi işğal etdikləri torpaqlarımızdan xalqımızın tarixini və mədəniyyətini də tamamilə silmək olub. Bu dəhşətli barbarlığı bütün dünyaya daha çox duyurmalıyıq.

#addimaddimshusha #karabakh #qarabagh #azerbaycan #susali #qarabagli #susalilar #qarabaglilar #shusha #shushastepbystep #azerbaijani #azerbaijanian #ganirepashayeva #qenirepasayeva #ganirapashayeva #armenianvandalism #armenianbarbars #armenian #armenians

Vaqif Poeziya Günlərində iştirak edərkən Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşanın mərkəzi meydanında Natəvan, Üzeyir Bəy Hacıbəyli və Bülbülün güllələnmiş büstlərini ziyarət etdik.

İşğalçı Ermənistanın vandalizminin iç üzünü, erməni barbarlığının mahiyyətsizliyini göstərən gülllənmiş büstlər bir vaxt Bakıda qorunurdu. Biz o abidələrin Şəhidlər Xiyabanında qoyulmasını təklif edirdik; lakin dövlət başçımız Şuşa azad olunduqdan sonra o abidələri haqq etdikləri yerə qaytararaq, ən müdrik qərarı vermiş oldu. Bu qərar, dövlət başçımızın uzaqgörənliyinin, qətiyyətinin və haqq işimizin qalibiyyətinə sarsılmaz inamının dəqiq ifadəsidir.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad edilmiş əziz Şuşamızın mədəni-mənəvi iqlimi bərpa olunur.

Şuşa azadlıqdan abadlığa keçid dövrünü, quruculuq dövrünü yaşayır. Biz əminik ki, çox yaxın zamanlarda əziz Şuşamız yalnız respublikamızın, Qafqazın deyil, dünyanın ən abad şəhərlərdən biri kimi tanınacaq.

Bu gün hörmətli Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu istiqamətlərdə çox önəmli işlər görür və inanırıq ki, hər üç sənətkarımızın irsi Şuşada ən yüksək səviyyədə yaşadılacaq. Bununla belə, hər bir azərbaycanlı erməni vandalizmini, erməni faşizminin iç üzünü görmək, duymaq istəməyənlərə gerçəklikləri yorulmadan çatdırmalıdır. Çünki ermənilərin əsl məqsədi işğal etdikləri torpaqlarımızdan xalqımızın tarixini və mədəniyyətini də tamamilə silmək olub. Bu dəhşətli barbarlığı bütün dünyaya daha çox duyurmalıyıq.

#addimaddimshusha #karabakh #qarabagh #azerbaycan #susali #qarabagli #susalilar #qarabaglilar #shusha #shushastepbystep #azerbaijani #azerbaijanian #ganirepashayeva #qenirepasayeva #ganirapashayeva #armenianvandalism #armenianbarbars #armenian #armenians #natavan #uzeyirbeyhacibeyli #bulbul #uzeyirbeyhajibeyli

Qədim Şuşa şəhərində böyük aydınımız Əhməd bəy Ağaoğlunun ermənilər tərəfindən dağıdılmış evi

Mədəniyyət paytaxtımız olan qədim Şuşamızda doğulmuş görkəmli ictimai-siyasi xadim, jurnalist, pedaqoq, yazıçı, türkoloq, liberal Kamalizmin banisi Əhməd bəy Ağaoğlunun evini ziyarət etdik.

İşğalçı Ermənistanın vandalizminin dəhşətlərini görüb bu ev, bu mülk… İnsanlarımız kimi, evlərimiz, abidələrimiz də erməni vandallığına məruz qalıb.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edilmiş əziz Şuşamızda böyük quruculuq, abadlıq işləri aparılır. Biz əminik ki, çox yaxın zamanlarda gözəl Şuşamız bütün dünyada ən gözəl mədəniyyət şəhərlərindən biri kimi tanınacaq və ona da əminik ki, çox qısa zamanda Əhməd bəy Ağaoğlunun evi də təmir-bərpa işləri aparılaraq, insanların ziyarətinə açılacaq.

Bu gün hörmətli Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu istiqamətlərdə çox önəmli işlər görür və inanırıq ki, Əhməd bəy Ağaoğlunun irsi və xatirəsi qədim Şuşada ən yüksək səviyyədə yaşadılacaq, öyrəniləcək, öyrədiləcək.

Amma hər bir azərbaycanlı erməni vandalizmini, erməni faşizminin iç üzünü görmək, duymaq istəməyənlərə gerçəklikləri yorulmadan çatdırmalıdır. Çünki ermənilərin əsl məqsədi işğal etdikləri torpaqlarımızdan xalqımızın tarixini və mədəniyyətini də tamamilə silmək olub. Bu dəhşətli barbarlığı bütün dünyaya daha çox duyurmalıyıq.

#addimaddimshusha #karabakh #qarabagh #azerbaycan #susali #qarabagli #susalilar #qarabaglilar #shusha #shushastepbystep #azerbaijani #azerbaijanian #ganirepashayeva #qenirepasayeva #ganirapashayeva #armenianvandalism #armenianbarbars #armenian #armenians #ahmadbekagaoglu #ahmetbekagaoglu #aghaoghlu

About

Ganire Pashayeva - MP, Chairman of the Cultural Committee. Head of the Azerbaijan delegation in APA, professor