G-74H2NJVZ8R

Vaqif Poeziya Günlərində iştirak edərkən Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşanın mərkəzi meydanında Natəvan, Üzeyir Bəy Hacıbəyli və Bülbülün güllələnmiş büstlərini ziyarət etdik.

İşğalçı Ermənistanın vandalizminin iç üzünü, erməni barbarlığının mahiyyətsizliyini göstərən gülllənmiş büstlər bir vaxt Bakıda qorunurdu. Biz o abidələrin Şəhidlər Xiyabanında qoyulmasını təklif edirdik; lakin dövlət başçımız Şuşa azad olunduqdan sonra o abidələri haqq etdikləri yerə qaytararaq, ən müdrik qərarı vermiş oldu. Bu qərar, dövlət başçımızın uzaqgörənliyinin, qətiyyətinin və haqq işimizin qalibiyyətinə sarsılmaz inamının dəqiq ifadəsidir.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad edilmiş əziz Şuşamızın mədəni-mənəvi iqlimi bərpa olunur.

Şuşa azadlıqdan abadlığa keçid dövrünü, quruculuq dövrünü yaşayır. Biz əminik ki, çox yaxın zamanlarda əziz Şuşamız yalnız respublikamızın, Qafqazın deyil, dünyanın ən abad şəhərlərdən biri kimi tanınacaq.

Bu gün hörmətli Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu istiqamətlərdə çox önəmli işlər görür və inanırıq ki, hər üç sənətkarımızın irsi Şuşada ən yüksək səviyyədə yaşadılacaq. Bununla belə, hər bir azərbaycanlı erməni vandalizmini, erməni faşizminin iç üzünü görmək, duymaq istəməyənlərə gerçəklikləri yorulmadan çatdırmalıdır. Çünki ermənilərin əsl məqsədi işğal etdikləri torpaqlarımızdan xalqımızın tarixini və mədəniyyətini də tamamilə silmək olub. Bu dəhşətli barbarlığı bütün dünyaya daha çox duyurmalıyıq.

#addimaddimshusha #karabakh #qarabagh #azerbaycan #susali #qarabagli #susalilar #qarabaglilar #shusha #shushastepbystep #azerbaijani #azerbaijanian #ganirepashayeva #qenirepasayeva #ganirapashayeva #armenianvandalism #armenianbarbars #armenian #armenians #natavan #uzeyirbeyhacibeyli #bulbul #uzeyirbeyhajibeyli