G-74H2NJVZ8R

Xidmət Paketi 4: ALMANİYADA TƏCRÜBƏ PROQRAMI XİDMƏT PAKETİNƏ AŞAĞIDAKILAR DAXİLDİR:

– 1-ci paketin xidmətləri (əgər arzu olunursa)
– Lazımi sənədlərin alman dilinə andlı tərcüməsi (maksimum 5 sənəd, digər sənədlərə 30 % endirim)
– Çox saylı firmalara müraciət
– Firmalardan təcrübəyə qəbul sənədinin alınması
– Vizanın alınmasında dəstək
– Almaniyada yerləşdirilmədə dəstək

Təcrübə hər bir işə müraciət edən şəxsin iş bazarında iş tapma imkanlarını 40-50 % artıran bir həyat yoludur. Belə ki, aparılmış sorğular göstərir ki, işə götürənlərin işçi seçərkən ən çox diqqət yetirdiyi məqamlardan biri də məhz həmin şəxsin oxuduğu sahədə təcrübə keçib-keçməməsidir. Təcrübə kağız üzərində və ya cansız hərflərin birləşməsindən əldə olunan nəzəri biliklərin tətbiq edilməsidir ki, məhz təcrübə olmadan iş həyatına qədəm qoymaq bir çox hallarda problemlərə səbəb olur və işə digər təcrübə keçmiş əməkdaşlardan bir neçə pillə aşağıda başlamaq məcburiyyətini şərtləndirir. Keçirilən sorğular həm də onu göstərir ki, firmasında təcrübə keçən şəxslər təhsillərini bitirdikdən sonra həmin firmada iş ilə təmin olunurlar. Buna səbəb ondan ibarətdir ki, təcrübə müddətində işçilərini lazımi formada yetişdirən işə götürən çəkdiyi maliyyə və mənəvi əziyyətin qarşılığını qısa müddət gördükdən sonra itirmək istəmir. Bununla da bir çox hallarda mürəkkəb iş axtarma prosesindən yaxa qurtarmaq olur.

Əgər siz də Almaniyada öz sahəniz üzrə aylıq əmək haqqı alaraq təcrübə keçmək istəyirsinizsə, bizə müraciət etməniz kifayətdir. Sizinlə təyin olunacaq görüşdə təcrübə keçmək istədiyiniz sahə və digər gözləntiləriniz sizinlə şəxsən müzakirə ediləcək, və qısa zaman ərzində təcrübə yerinin tapılması üçün müraciətlərə başlanılacaqdır. Kursumuzda ən azı 3 ay alman dili kursu keçmiş tələbələrimizə 25 % endirim ediləcəkdir.

#koelnakademie #almaniyadatehsil #koelnakademiyasi #almandili #almanca
http://koeln-akademie.az/alman....iyada-t%C9%99crub%C9

Almaniyada təcrübə proqramı – Koeln Akademie
koeln-akademie.az

Almaniyada təcrübə proqramı – Koeln Akademie

ALMANİYADA TƏCRÜBƏ PROQRAMI XİDMƏT PAKETİNƏ AŞAĞIDAKILAR DAXİLDİR.