G-74H2NJVZ8R
Koeln Akademie Cover Image
Koeln Akademie Profile Picture
Koeln Akademie
@koelnakademie
9 people like this
+994124927408

Xidmət Paketi 1: ALMAN DİLİ KURSU
►NORMAL KURSA (MİNİMUM 4, MAXİMUM 8 NƏFƏR) AŞAĞIDAKILAR DAXİLDİR:

– Həftədə 3 gün 2 saatlıq alman dili dərsləri
– Pulsuz dərsliklər
– Həftədə ən azı 1 dəfə praktiki danışıq dərsləri (A1 səviyyəsindən başlayaraq) və ya Alman dilində film günü
– Pulsuz çay, kofe, su və şirniyyat

Alman dili kursları dil səviyyəsindən asılı olaraq səhər, günorta, axşamüstü və axşam qrupları formasında təklif olunur. Səhər kurslarımız saat 10: 00-dan 12: 00-a qədər, günorta kurslarımız saat 13: 00-dan 15: 00-dək davam edəcəkdir. Axşamüstü kurslarımız saat 17: 00-dan 19: 00-dək, axşam kurslarımız saat 19: 00-dan 21: 00-a qədər baş tutacaqdır. Bir dərs saatından sonra 5-10 dəqiqəlik fasilə nəzərdə tutulur. İlk dərs günündən etibarən tələbələrimiz zəruri dərsliklərlə təmin edilir. Hər həftənin şənbə günü alman dilində Conversation Club və ya kino axşamları təşkil ediləcəkdir. Akademiyanın bütün tələbələri üçün dərslər arası fasilələrdə pulsuz çay, kofe, su və şirniyyat təklif edilir.

► İNTENSİV KURSA (MİNİMUM 4, MAXİMUM 8 NƏFƏR) AŞAĞIDAKILAR DAXİLDİR:

– Həftədə 5 gün 3 saatlıq alman dili dərsləri
– Pulsuz dərsliklər
– Həftədə ən azı 1 dəfə praktiki danışıq dərsləri (A1 səviyyəsindən başlayaraq) və ya alman dilində film günü
– Pulsuz çay, kofe, su və şirniyyat

Alman dilində intensiv kurslar günorta qrupu olaraq təklif olunur. İntensiv kurslarımız həftənin 1-ci günündən 5-ci günə qədər saat 13:40-dan 17: 00-a qədər davam edir. Bir saat yarımlıq dərs saatından sonra 20 dəqiqəlik fasilə nəzərdə tutulur. İlk dərs günündən etibarən tələbələrimiz zəruri dərsliklərlə təmin edilir. Hər həftənin şənbə günü alman dilində Conversation Club və kino axşamları təşkil ediləcəkdir. Akademiyanın bütün tələbələri üçün dərslər arası fasilələrdə pulsuz çay, kofe, su və şirniyyat təklif edilir.

#koelnakademie #almaniyadatehsil #koelnakademiyasi #almandili #almanca
http://koeln-akademie.az/alman-dili-kursu/

Alman dili kursu – Koeln Akademie
koeln-akademie.az

Alman dili kursu – Koeln Akademie

Alman dili kursları dil səviyyəsindən asılı olaraq səhər, günorta, axşamüstü və axşam qrupları formasında təklif olunur. Səhər kurslarımız saat 10:00-dan 12:00-a qədər, günorta kurslarımız saat 13:00-dan 15:00-dək davam edəcəkdir. Axşamüstü ...

Xidmət Paketi 3: ALMANİYADA ÖDƏNİŞSİZ BAKALAVR VƏ MAGİSTR TƏHSİLİ XİDMƏT PAKETİNƏ AŞAĞIDAKILAR DAXİLDİR:

– 1-ci paketin xidmətləri (əgər arzu olunursa)
– Lazımi sənədlərin alman dilinə andlı tərcüməsi (maksimum 5 sənəd, digər sənədlərə 30 % endirim)
– Çox saylı ali məktəblərə müraciət
– Ali məktəblərdən qəbul sənədinin alınması
– Vizanın alınmasında dəstək
– Almaniyada yerləşdirilmədə dəstək

Hər bir tələbənin arzusu xaricdə, qısa müddətli olsa belə, təhsil almaqdır. Xaricdə təhsilin hər bir insana verəcəyi imkanlar çox şaxəlidir. Belə ki, xaricdə təhsil sizə başqa „dünyanın“, mədəniyyətin, dilin sahiblərini dost, təhsil alacağınız ölkəni isə sizə doğma bir məkan edəcəkdir. Bu təhsil sizin mənsub olduğunuz elm sahəsində inkişafınızdan və təhsil aldığınız dilin daha da yaxşı mənimsənilməsindən əlavə sizə üfüqlərinizi genişləndirməyə əla imkan yaradacaqdır. Əgər siz də bizimlə eyni fikirdəsinizsə və xaricdə təhsilə doğru ilk addımlarınızı atmaq istəyirsinizsə, bizim 1-ci paketimizin xidmətlərindən yararlanaraq qısa zamanda zəruri alman dili biliklərinə yiyələnə və Avropanın „motor ölkəsi“ rolunu oynayan, ideyalar ölkəsi adlanan Almaniyada pulsuz təhsil ala bilərsiniz.

Əgər siz də Almaniyada öz sahəniz üzrə ödənişsiz təhsil almaq istəyirsinizsə, bizə müraciət etməniz kifayətdir. Sizinlə təyin olunacaq görüşdə sizin təhsil almaq istədiyiniz sahə və digər gözləntiləriniz sizinlə şəxsən müzakirə ediləcək, və qısa zaman ərzində təhsil müəssisəsinin tapılması üçün müraciətlərə başlanılacaqdır. Kursumuzda ən azı 3 ay alman dili kursu keçmiş tələbələrimizə 30 % endirim ediləcəkdir.

#koelnakademie #almaniyadatehsil #koelnakademiyasi #almandili #almanca
http://koeln-akademie.az/alman....iyada-od%C9%99nissiz

Almaniyada ödənişsiz bakalavr və magistr təhsili – Koeln Akademie
koeln-akademie.az

Almaniyada ödənişsiz bakalavr və magistr təhsili – Koeln Akademie

Hər bir tələbənin arzusu xaricdə, qısa müddətli olsa belə, təhsil almaqdır. Xaricdə təhsilin hər bir insana verəcəyi imkanlar çox şaxəlidir. Belə ki, xaricdə təhsil sizə başqa „dünyanın“, mədəniyyətin, dilin sahiblərini dost, təhsil alacağınız ölkəni isə sizə doğma bir məkan edəcəkdir. Bu təhsil sizin mənsub olduğunuz elm sahəsində inkişafınızdan və təhsil aldığınız dilin daha da yaxşı mənimsənilməsindən əlavə sizə üfüqlərinizi genişləndirməyə əla imkan yaradacaqdır.

Xidmət Paketi 2: İXTİSASLI KADRLAR ÜÇÜN ALMANİYADA İŞ XİDMƏT PAKETİNƏ AŞAĞIDAKILAR DAXİLDİR:

– 1-ci paketin xidmətləri (əgər arzu olunursa)
– Bizə müraciət edilən andan etibarən sənədlərin hazırlanması və andlı tərcüməsinin həyata keçirilməsi, müvafiq alman idarələrinə tanınma və iş müraciəti üçün təqdimat
– İxtisaslı mütəxəssislərin Almaniyada uyğun əmək haqqı ilə işlə təmin olunmasında tam dəstək
– Vizanın alınmasında dəstək
– Almaniyada yerləşdirilmədə dəstək

Almaniyada işləmək arzusunda olan ixtisaslı kadr dedikdə Azərbaycanda hər hansı bir ali və orta ixtisas məktəbini (universitet, texnikum və s.) uğurla bitirmiş şəxs başa düşülür. Bu paketdən istifadə etmək istəyən şəxslər Almaniyada yeni qəbul olunacaq İxtisaslı Kadrların Miqrasiyası Haqqında Qanuna (Fachkräfteeinwanderungsgesetz) əsasən minimum B1 səviyyəsində alman dili biliklərinə sahib olmalıdırlar. Siz bizim təklif etdiyimiz 1-ci paketin xidmətlərindən yararlanaraq qısa bir zaman ərzində (5-6 ay) bu səviyyədə dil biliklərinə yiyələnə bilərsiniz (1-ci paketin qiyməti ayrıca ödənilir). Unutmaq lazım deyildir ki, Almaniyada işlə təmin olunmaq üçün yalnız dil bilikləri kifayət deyildir. Bununla yanaşı sizin işlə təmin olunmağınız üçün Almaniyada zəruri prosedurlar (sənədlərinizin andlı tərcümə olunması, aidiyyatı orqanlarla, işə götürənlərlə davamlı danışıqların aparılması və s.) həyata keçirilməlidir. Biz Azərbaycanda bu sahədə professional fəaliyyət göstərən ilk alman şirkəti olaraq sizin üçün bu işləri öz üzərimizə götürürük. Tələb olunan xidmət haqqı (300 manat xidmət xərci istisna olmaqla) yalnız işə qəbul olunduqdan sonra ödənilir.

#koelnakademie #almaniyadatehsil #koelnakademiyasi #almandili #almanca
http://koeln-akademie.az/ixtis....asli-kadrlarin-alman

İxtisaslı kadrlar üçün Almaniyada iş – Koeln Akademie
koeln-akademie.az

İxtisaslı kadrlar üçün Almaniyada iş – Koeln Akademie

Almaniyada işləmək arzusunda olan ixtisaslı kadr dedikdə Azərbaycanda hər hansı bir ali və orta ixtisas məktəbini (universitet, texnikum və s.) uğurla bitirmiş şəxs başa düşülür. Bu paketdən istifadə etmək istəyən şəxslər Almaniyada yeni qəbul olunacaq İxtisaslı Kadrların Miqrasiyası Haqqında Qanuna (Fachkräfteeinwanderungsgesetz) əsasən minimum B1 səviyyəsində alman dili biliklərinə sahib olmalıdırlar.

Xidmət Paketi 4: ALMANİYADA TƏCRÜBƏ PROQRAMI XİDMƏT PAKETİNƏ AŞAĞIDAKILAR DAXİLDİR:

– 1-ci paketin xidmətləri (əgər arzu olunursa)
– Lazımi sənədlərin alman dilinə andlı tərcüməsi (maksimum 5 sənəd, digər sənədlərə 30 % endirim)
– Çox saylı firmalara müraciət
– Firmalardan təcrübəyə qəbul sənədinin alınması
– Vizanın alınmasında dəstək
– Almaniyada yerləşdirilmədə dəstək

Təcrübə hər bir işə müraciət edən şəxsin iş bazarında iş tapma imkanlarını 40-50 % artıran bir həyat yoludur. Belə ki, aparılmış sorğular göstərir ki, işə götürənlərin işçi seçərkən ən çox diqqət yetirdiyi məqamlardan biri də məhz həmin şəxsin oxuduğu sahədə təcrübə keçib-keçməməsidir. Təcrübə kağız üzərində və ya cansız hərflərin birləşməsindən əldə olunan nəzəri biliklərin tətbiq edilməsidir ki, məhz təcrübə olmadan iş həyatına qədəm qoymaq bir çox hallarda problemlərə səbəb olur və işə digər təcrübə keçmiş əməkdaşlardan bir neçə pillə aşağıda başlamaq məcburiyyətini şərtləndirir. Keçirilən sorğular həm də onu göstərir ki, firmasında təcrübə keçən şəxslər təhsillərini bitirdikdən sonra həmin firmada iş ilə təmin olunurlar. Buna səbəb ondan ibarətdir ki, təcrübə müddətində işçilərini lazımi formada yetişdirən işə götürən çəkdiyi maliyyə və mənəvi əziyyətin qarşılığını qısa müddət gördükdən sonra itirmək istəmir. Bununla da bir çox hallarda mürəkkəb iş axtarma prosesindən yaxa qurtarmaq olur.

Əgər siz də Almaniyada öz sahəniz üzrə aylıq əmək haqqı alaraq təcrübə keçmək istəyirsinizsə, bizə müraciət etməniz kifayətdir. Sizinlə təyin olunacaq görüşdə təcrübə keçmək istədiyiniz sahə və digər gözləntiləriniz sizinlə şəxsən müzakirə ediləcək, və qısa zaman ərzində təcrübə yerinin tapılması üçün müraciətlərə başlanılacaqdır. Kursumuzda ən azı 3 ay alman dili kursu keçmiş tələbələrimizə 25 % endirim ediləcəkdir.

#koelnakademie #almaniyadatehsil #koelnakademiyasi #almandili #almanca
http://koeln-akademie.az/alman....iyada-t%C9%99crub%C9

Almaniyada təcrübə proqramı – Koeln Akademie
koeln-akademie.az

Almaniyada təcrübə proqramı – Koeln Akademie

ALMANİYADA TƏCRÜBƏ PROQRAMI XİDMƏT PAKETİNƏ AŞAĞIDAKILAR DAXİLDİR.

Alman “E & F Kaukasischer Fachkräftedienst GmbH”-nın Azərbaycandakı filialı Köln Dil və Mütəxəssislər Akademiyası aşağıdakı xidmət paketlərini təklif edir:

PAKET 1. ALMAN DİLİ KURSU
PAKET 2. İXTİSASLI KADRLAR ÜÇÜN ALMANİYADA İŞ
PAKET 3. ALMANİYADA ÖDƏNİŞSİZ BAKALAVR VƏ MAGİSTR TƏHSİLİ
PAKET 4. ALMANİYADA TƏCRÜBƏ PROQRAMI

#koelnakademie #almaniyadatehsil #koelnakademiyasi #almandili #almanca
http://koeln-akademie.az/xidmetler/

Xidmətlər – Koeln Akademie
koeln-akademie.az

Xidmətlər – Koeln Akademie

Alman “E & F Kaukasischer Fachkräftedienst GmbH”-nın Azərbaycandakı filialı Köln Dil və Mütəxəssislər Akademiyası aşağıdakı xidmət paketlərini təklif edir.
About

Köln Dil və Mütəxəssislər Akademiyası Almaniya Federativ Respublikasında fəaliyyət göstərən “E & F Kaukasischer Fachkräftedienst GmbH”-nın Azərbaycandakı yeganə rəsmi filialıdır. “E & F Kaukasischer Fachkräftedienst GmbH”-nın əsas fəaliyyət istiqamətləri xarici ixtisaslı kadrların Almaniyada iş ilə təmin edilməsində vasitəçilik və həmçinin həmin kadrların Almaniyada sosial-sağlamlıq sahəsində işlə təmin edilməsindən ibarətdir. Şirkət məqsədinə uyğun olaraq Azərbaycanda “Köln Dil və Mütəxəssislər Akademiyası” adı altında rəsmi filialını yaratmışdır.