G-74H2NJVZ8R
3 yrs - Youtube

Şahmatda Qaralarla Belə Oynamaq Olmaz - Ağların Güclü Hücumu

Salam, Şahmat Kanalının izləyiciləri! Biz bu gün oyunun başlanğıcında qaraların ən zəif gedişlərindən birinə baxacağıq. Bu durumda ağlar qaraları açılış tələsinə salıb, onları mat edəcək. Gəlin baxaq:

1. e4 e5 2. Af3 f6? (qaralar 2.. Ac6 ilə İspan, İtalyan açılışı, 2.. d6 dilidor açılışı, 2.. Af6 oynayaraq Rus partiyasını oynaya bilərdilər)

Ağlar 3. A:e5! oynayaraq atı qurban verir. Bundan sonra ağların hücumunun necə davam etdiyini öyrənmək üçün videonu izləyin.

Şahmat haqqında öyrədici və əyləncəli video dərslərin hamısını izləyə bilmək üçün Şahmat Dərsi video kanalımıza abunə olmağı unutmayın.

#SahmatDersi​ #Şahmatda​ #ŞahmatDərsləri​ #ŞahmatDərsi​ #BeləOynamaqOlmaz

3 yrs - Youtube

Çoban Matı - Bəbə, ya da Uşaq Matı

Salam, dostlar! Biz bu gün şahmat oyununda ağlarla edilən bir matı keçəcəyik. Bu matın adı Uşaq Matıdır (Bəbə Matı). Buna Türkcə Çoban Matı, Rusca isə "Detskiy Mat" da (Детский мат) deyirlər. Ancaq Azərbaycanca bunun adı Uşaq Matıdır. Gəlin bu mata şahmat taxtasında birlikdə baxaq.

1. ♙e4 ♟e5 2. ♕h5 ♞c6 3. ♗c4 ♝c5 4. ♕:f7 X

Ağlar şah piyadasını 2 dəfə qabağa gedirlər. Bu zaman həmin piyada e4 damasına gedir. Qaralar da eyni gedişi etsələr ağlar vəziri h5-ə gələrək e5-dəki piyada hücum edir. Qaralar bu piyadanı ya piyada, ya da at ilə qoruya bilərlər. Onlar piyadanı qoruduqda biz daha bir fiqurumuzu oyuna çıxarırıq. Filimizi c4 damasına gəlirik.

Burada bizim məqsədimiz f7-dəki piyadaya hücum edib, onu vuraraq qaraların şahına şah deyib mat etməkdir. Deyək ki, qaralar burada at ilə oynayaraq vəzirimizə və eyni zamanda e4 damasındakı piyadamıza hücum edirlər. Bu oyunda ağlar f7-dəki piyadanı udaraq şaha mat verirlər.

Gəlin bu mata yenidən tez-tez baxaq:

1. e4 e5 2. Vh5 d6 3. Fc4 Af6 4. V:f7 X

Öncə çah piyadası ilə qabağa gedirik. Qaralar eyni piyada ilə oynayırlar. Biz vəzirlə onların piyadasına hücum edirik. Bu zaman qaralar atla da piyadanı qoruya bilərlər. Filimizi çıxarırıq. Tutaq ki, onlar da filin qarşısını açırlar ki, bir az oyuna atılsınlar. Burada biz f7 piyadasını vuraraq şaha mat veririk.

Bu gün biz bir mata baxdıq. Yeni nələrsə öyrənmək üçün dərslərimizi izləməyi unutmayın. Sağ olun!

3 yrs - Youtube

Şahmatda Açılış Tələsi: Leqal Matı - Şahmat Dərsi

Salam, dostlar! Biz bu gün şahmat oyununda açılış (yəni debyut, ya da debüt də deyilə bilər) tələlərindən birini öyrənəcəyik. Bu matın və açılış tələsinin adı Leqal matıdır (Legal Mate).

Şahmat haqqında öyrədici və əyləncəli video dərslərin hamısını izləyə bilmək üçün Şahmat Dərsi video kanalımıza abunə olmağı unutmayın.

#ŞahmatDərsi​ #AçılışTələsi​ #LeqalMatı​ #ŞahmatdaTələ​ #QısaMatlar

3 yrs - Youtube

Şahmat Oyununda Fiqurların Düzülüşü

Salam, dostlar! Biz bu gün şahmat oyununda fiqurların düzülüşünü öyrənəcəyik. Şahmatda iki nəfər oyunçu bir-birinə qarşı mübarizə aparır. Onlardan biri ağ (ya da başqa bir açıq) rəngdə olan, o biri isə tünd (qara) rəngli fiqurlarla oynayır.

Hər iki tərəfin 2 top, 2 at, 2 fil, vəzir və şah olmaqla 4 ağır, 4 yüngül fiquru olur.
İki top şahmat taxtasında küncdə yerləşdirilir. Atlar onların yanında, fillər isə atların yanında dayanır. Şahla vəzir isə ortada dayanır.

8 dənə piyada isə qabaq xətdə düzülür. Qaralarda da fiqurlar eyni vəziyyətdə düzülür.

Sağ olun!
Şahmat Dərsi kanalımıza abunə olmağı unutmayın.

3 yrs - Youtube

Axmaq Matı - Şahmatda Ən Tez Mat

Salam, dostlar! Biz bugünkü dərsimizdə ən tez matı keçəcəyik. Gülməli olan budur ki, oyunda bu matı heç kim etməz. Ancaq təsadüfən ola bilər ki, kimsə belə bir oyun oynasın. O zaman siz belə mat edə bilərsiniz.

1. ♙f3 ♟e5 2. ♙g4 ♛h4 X

Gəlin bu mata şahmat taxtasında baxaq. Bu qaraların matıdır. Ağlar şah cinahında filin qabağındakı f2 piyadasını f3-ə, ya da ki, f4-ə gəlir. Biz qaralarla şah piyadasını ya bir, ya da 2 dama irəli gəlirik. Bu zaman ağlar piyadanı g4-ə gəlirlər və biz ikinci gedişdə mat edirik. Vəziri h4-ə gələrək şah deyib mat edirik.

Gördüyünüz kimi, bu durumda ağlar heç bir fiquru şahın qabağına qoya bilmir, şahı qaça bilmir, vəziri uda bilmir və ona görə də bu matdır.

Bu mat çox asandır. Gəlin ona birlikdə yenidən baxaq:

1. f4 e6 2. g4 Vh4 X və şah mat!

Sağ olun, dostlar. Başqa dərslər üçün kanalımıza abunə olub, videolarımızı izləməyi unutmayın.

About

Şahmatın sirləri və daha yaxşı şahmatçı olmaq üçün kanalımızın videolarını izləyin. Yeni videolar üçün abunə olmağı unutmayın.