G-74H2NJVZ8R

WEB Dizayn Studiya domen adlarının qeydiyyatçısı olmasa da, düzgün domen adının seçilməsində Sizə hər bir köməyi göstərməyə hazırdır. Çünki hər bir saytın qurulması domen adından başlayır. Çünki saytın uğurlu olub-olmayacağı, yəni qazanc gətirib-gətirməyəcəyi birbaşa domen adından asılıdır. Boş yerə Tesla şirkəti Tesla.com domeninə 11 milyon ABŞ dolları (2014), Facebook Fb.com üçün 8,5 milyon (2010 ) verməyib ki!

Domen qiymətləri bu qədər ucuz olduğu halda, bir domen üçün milyonlarla dollar ödəmək ağılsızlıqdı? Bu hələ çox illər öncə olub. İndi gedən inflyasiyadan sonra bahalı domenlərin qiyməti daha da artıb. Pulları var, hara-necə gəldi xərcləyirlər? İlon Mask (Elon Musk) və Mark Zukerberq (Mark Zuckerberg) bu domenləri aldıqdan sonra necə deyərlər, mayasını bir neçə dəfə çıxarıblar. Hər ikisi bu yaxınlarda növbə ilə dünyanın ən varlı biznesmenləri siyahısına başçılıq ediblər. Bəlkə biz düzgün xərcləmirik?

https://www.web.com.az/domenl%....c9%99rin-qeydiyyati-