DSX İranı daha məsuliyyətli olmağa, yalan və böhtan yaymaqdan çəkinməyə çağırdı
Son günlərdə İranın kütləvi informasiya vasitələrində yayımlanmış müsahibəsində İran İslam Respublikasının (İİR) Nizam İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının Komandanı general-mayor Əli Qüdərzi həqiqətə uyğun olmayan açıqlamalar verib.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytının xəbərinə görə, Dövlət Sərhəd Xidməti (DSX) rəsmi olaraq bildirib ki, Azərbaycan Respublikasının dövlət sərhədində hər hansı üçüncü dövlətin qüvvələri heç vaxt olmayıb, indi də yoxdur və bundan sonra da olmayacaq.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İİR rəsmilərinə daha məsuliyyətli olmağı tövsiyə edir, onları yalan və böhtan xarakterli məlumatları yaymaqdan çəkinməyə çağırır.
#iran #iranislamrespublikasi #azerbaycan #azerbaijan #dsx #aliguderzi #yalan #information #border #azerbaijanrepublic
https://yalan.info/dsx-irani-d....aha-m%c9%99suliyy%c9