G-74H2NJVZ8R
Papaqlı Azərbaycan Cover Image
Papaqlı Azərbaycan Profile Picture
Papaqlı Azərbaycan
@papaqliazerbaycan
7 personnes aiment ce

Yapıncı (qartı, kəpənək) - Azərbaycan kişi üst geyimi

Arxalıq yaraşmaz da yadelli möhtaclarıma,
Yaraşar sinəmdə çarpaz dəri tutqaclarıma.
Yapıncı, qartı üçün ver yunu həllaclarıma,
Həllac yapıncını versin, papaq ustadı papaq!

Yapıncı Azərbaycan kişi geyimləri sırasında özünəməxsusluğu ilə seçilən geyim növlərindən biridir. Üst geyim növü olan yapıncı, xüsusən, maldar əhali arasında geniş istifadə olunurdu. “İnsan yaranışından bəri özünü xarici mühitin iqlim və fiziki təsirlərindən müdafiə etmək məqsədilə geyimə ehtiyac hiss etmişdir. İlk əvvəl onun bu ehtiyacını bürüncək tipli dəri geyim və ya heyvan dərisi ödəmişdir”

Qoyunçuluq təsərrüfatının inkişafından sonra yeni xammal bazası əldə edən qədim insanlar daha mükəmməl material - keçə istehsalının sirlərinə yiyələndikcə dəri bürüncəklər tədricən aradan çıxdı. Aparılan arxeoloji və etnoqrafik tədqiqatlardan aydın olur ki, keçəçilik ən qədim peşə sahələrindəndir. Qədim Azərbaycanda toxuculuq və keçəçiliyin tarixini izləməyə çalışan akademik T.Bünyadov qeyd edir ki, “keçənin hazırlanması heyvanların əhliləşdirilməsi qədər, bəlkə də ondan qədimdir” . Türk xalqlarının aparıcı təsərrüfat sahələrindən birini qoyunçuluq və atçılıq təşkil etdiyinə görə, bu sahələrin yaranması və inkişafı öz növbəsində keçəçilik peşəsinin geniş yayılmasına şərait yaratmışdır. Ona görə də, keçəçiliyin tarixini köçmə maldarlıq formaları ilə əlaqələndirmək daha məqsədəuyğundur.

Keçəni hazırlayan ustalar xalq arasında “həllac”, eyni zamanda “atıcı” adı ilə də tanınırdı. Ustalar yunu atıcı alətlər vasitəsilə “atdıqlarına” görə onlara bu adı vermişdilər. Xalq arasında geniş yayılmış “atıcı atar, culfa təpər” zərb-məsəli də məhz keçəçilik və bəzzazlıq sənətləri ilə bağlı meydana çıxmışdır.

Keçədən həm də geyim elementi kimi istifadə olunmuşdur. Əvvəldə haqqında bəhs etdiyimiz keçə baş geyimlərindən başqa, “yapıncı” adı altında ümumiləşən çiyin geyimləri də Az ərbaycanda və bir sıra qonşu xalqlarda mühüm yer tutmuşdur.

Geyimin geniş arealda yayılması türk dilləri və ləhcələrində onun fərqli adlarının yaranmasına səbəb olmuşdur. Türkiyədə “kepenek” (Türkiyənin Burdur, Çöplü, Dənizli, Yeşilova və b. ləhcələrində “kepinek” , Bursada “kepenk” şəklində işlədilir , özbəklər “yapınçık”, kazaklar “kebenek”, qırğızlar “çepken”, “kiyiz çapan”, uyğurlar “yansiz kigiz çəkmən”, tatarlar “yapuncu”, başkurt türkləri “yabıncah”, eyni zamanda burka, türkmənlər “yapınca” ruslarda yapança şəklindəan işlədirlər. (burda rus kitabin sekili)
Azərbaycanda yapıncının müxtəlif növləri olmuş, bununla bağlı fərqli adları yaranmışdır. Azərbaycan etnoqrafik leksikasında “yapıncı”, “bürünmə”, “kəpənək”, “çopoz”(“çopuz”), “qartı”, “xıllıq”(“xillik”) adları mövcuddur.

Türk dillərində geniş yayılmış “yapıncı” sözü rus dilinə “epança”, “yaponça”, “yaponçitsa” şəklində keçmişdir. Maks Fasmer Türk dilindəki “yapunca” (başlıqlı örtük), Krım tatarlarının dilindəki “yapuncu” sözünün rus dilinə “yepança”, “yaponça”, ukrain dilinə “opança” şəklində keçdiyini qeyd edir.

Dövrümüzə gəlib çatan yapıncılar başlıqsız formada olub, başlıq ayrıca geyim kimi istifadə olunurdu. Yalnız irəlidə məlumat verəcəyimiz xıllıq başlıqlı formada olmuşdur. Başlıqlı yapıncı haqqında Mahmud Kaşğari divanında ətraflı məlumat vardır. M.Kaşğari yapıncının boynuna əlavə edilən başlığın “yanqalduruk” adlandığını qeyd edir. Sonrakı dövrlərdə başlıq yapıncıdan ayrılmış, yapıncı yalnız çiyni və bədəni örtən bir geyim kimi formalaşmışdır.

Yapıncı həm də rus kazak ordusunun qış geyim elementlərindən biri kimi istifadə olunumuşdur. XIX əsrin 50-ci illərindən yapıncı rus süvari alayının Qafqaz hissələrinin uniformasına daxil edilmişdir . Yapıncıdan maldar elatlar yoğan-döşək kimi də istifadə edirdilər.

#papaq #papag #papaqli #papaqliazerbaycan #papaqliazerbaijan #azerbaycan #azerbaijan #azerbaycanli #azerbaijani #coxyasaazerbaycan! #yapinci #qarti #kepenek #kisigeyimi #milligeyim

🇦🇿 #karabakhisazerbaijan 🇦🇿

⛔ Berdzor yox! - 🇦🇿 Laçın!
⛔ Şuşi yox! - 🇦🇿 Şuşa!
⛔ Karvacar yox! - 🇦🇿 Kəlbəcər!
⛔ İvanyan yox! - 🇦🇿 Xocalı!
⛔ Martuni yox! -🇦🇿 Xocavənd!
⛔ Martakert yox! -🇦🇿 Ağdərə!
⛔ Akna yox! -🇦🇿 Ağdam !
⛔ Jrakan yox! -🇦🇿 Cəbrayıl !
⛔ Varanda yox! - 🇦🇿 Füzuli !
⛔ Sanasar yox! - 🇦🇿 Qubadlı !
⛔ Kovsakan yox! -🇦🇿 Zəngilan!
⛔ Stepanakert yox! -🇦🇿 Xankəndi!

#papaq #papag #papaqli #papaqliazerbaycan #papaqliazerbaijan #azerbaycan #azerbaijan #azerbaycanli #azerbaijani #coxyasaazerbaycan!

image

Allah Səngər Generalı Polad Həşimova Rəhmət eləsin!

#poladhasimov #qarabagazerbaycandir #karabakhisazerbaijan

image

Maştağalı papaqçı Hikmət və Adil kişinin nəsihətləri

Keçmişinə bax gələcəyini düşün! #papaq #papag #papaqli #papaqliazerbaycan #papaqliazerbaijan #azerbaycan #azerbaijan #azerbaycanli #azerbaijani #coxyasaazerbaycan!

Sur

Türk dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycanımız ilk insanın yaranma məkanlarından, odun, metalın mənimsənilməsinin, türkü türk edən atın əhliləşdirilməsinin beşiklərindən biridir. Məhz bu baza əsasında Azərbaycan xalqı dərin tarixi köklərə əsaslanan zəngin və rəngarəng maddi-mənəvi ənənələr sistemi yaratmış və onu tarixin keşməkeşlərindən keçirərək XX əsrin əvvəllərinə qədər gətirib çatdırmışdır.

Qloballaşan dünyamızda bu ənənələrin bir qismi aradan çıxaraq unudulmuş, bir qismi isə unudulmaq təhlükəsi qarşısındadır. “Papaqlı Azərbaycan” jurnalının məqsədi milli-mənəvi dəyərlərimizin əsasını təşkil edən ənənələrin qorunması və yaşadılmasını təmin etmək üçün onları gələcəyimizin körpüsü hesab olunan gənclərə düzgün çatdırmaq, yaddaşlardan silinməsinin qarşısını almaqdır.