G-74H2NJVZ8R

Ləziz Təam-Göbələkli Beef Stroganoff

Beef Stroganoff, dünyada yayılmış ən məşhur yeməklərdən biridir. Tərcümədə “Stroganov üslubunda ət” deməkdir. Evdar.az ləzzətli yeməyin reseptini təqdim edir.

Tərkibi:

500 qr can əti və ya mal ətinin yumşaq hissəsi
3 xörək qaşığı kərə yağı
2 ədəd soğan
400 qr göbələk
250 qr qaymaq və ya xama
2 diş sarımsaq
1 xörək qaşığı un
duz, istiot

Hazırlanma qaydası:

Əti uzun və nazik şəkildə doğrayın. Yağı tavada əridib əti tez-tez qarışdıraraq qızılı rəng olana qədər qızardın. Yüksək dərəcəli ocaqda qızardın ki, ətin suyu çıxmasın. Qızarana yaxın bir az duz əlavə edin. Ətin yaxşı bişməsi üçün qapağını örtüb bişirin. Bişən ətləri başqa bir qaba tökün. Əti qızartdığınız tavada yağda yarımhalqa doğradığınız soğan və sarımsaqları töküb qızardın. Daha sonra doğranmış göbələkləri əlavə edib qızardın. Üzərinə un səpib, duz, istiot əlavə edib yaxşıca qovurun. Əti də əlavə edib qarışdırın . Qaymaq əlavə etdikdən sonra 10 dəqiqə bişirin. Bu dadlı yeməyi süfrəyə verdikdə yanında qarnir olaraq kartof püresi , makaron və düyü verə bilərsiniz. Hazır yeməyin üzərinə zövqə görə doğranmış göyərti səpə bilərsiniz. Nuş Olsun!

#evdar #resept #qadinlar #yemekresepti #yemekler #reseptler #xanimlar #azerbaycan #qadinsayti #evdaraz #yemekbisirmek #dadliyemekler #dadlireseptler #bisirmeqaydasi #nusolsun http://evdar.az/recipes/l%c9%9....9ziz-t%c9%99am-gob%c

Ləziz Təam-Göbələkli Beef Stroganoff Resepti | Evdar.az
evdar.az

Ləziz Təam-Göbələkli Beef Stroganoff Resepti | Evdar.az

Beef Stroganoff, dünyada yayılmış ən məşhur yeməklərdən biridir. Tərcümədə “Stroganov üslubunda ət” deməkdir. Evdar.az ləzzətli yeməyin reseptini təqdim edir. Tərkibi: 500 qr can əti və …

Həm uşaqlar, həm də böyüklərin sevdiyi ətirli, iştahaçan kəsmikli vatruşkalar səhər yeməyi süfrəsində göz oxşayır. Evdar.az dadlı kəsmikli vatruşkanın reseptini təqdim edir.

Tərkibi:

Xəmir üçün:

250 ml ilıq süd
1 çay qaşığı maya
3 xörək qaşığı şəkər tozu
100 qr kərə yağı
2 ədəd yumurta
500 qr un
bir çimdik duz
İçlik üçün:

300 qr kəsmik
2 xörək qaşığı şəkər tozu
vanil
1 ədəd yumurta
zövqə görə üzüm qurusu və ya giləmeyvə
Üzəri üçün:

1 ədəd yumurta
Hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün xəmiri yoğuracağımız qaba şəkər tozu, süd, yağ , yumurta və mayanı əlavə edib qarışdırın. Üzərinə unu əlavə edib yumuşaq xəmir yoğurun. Xəmirin üzərini örtüb mayalanması üçün 1-2 saatlıq isti yerə qoyun.

İçliyi hazırlamaq üçün bir qabda kəsmik, şəkər tozu, vanil və yumurtanı qarışdırın.

Mayalanan xəmirdən 6-8 ədəd kündə hazırlayın. Kündələri yuvarlayıb yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Hər bir kündənin üzərinə stəkanın alt hissəsi ilə oyuq açıb, içlik yerləşdirin. İçliyin üzərinə zövqə görə üzüm qurusu və ya doğranmış çiyələk düzə bilərsiniz. Daha sonra içliklə doldurulmuş vatruşkaları isti yerdə 30-40 dəqiqə saxlayın. Vatruşkaların kənarlarına yumurta sarısını yaxıb (zövqə görə doğranmış badam ləpəsi düzün) əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.

#evdar #resept #qadinlar #yemekresepti #yemekler #reseptler #xanimlar #azerbaycan #qadinsayti #evdaraz #yemekbisirmek #dadliyemekler #dadlireseptler #bisirmeqaydasi #nusolsun http://evdar.az/recipes/l%c9%9....9zz%c9%99tli-k%c9%99

Ləzzətli Kəsmikli, Çiyələkli Vatruşka Resepti | Evdar.az
evdar.az

Ləzzətli Kəsmikli, Çiyələkli Vatruşka Resepti | Evdar.az

Həm uşaqlar, həm də böyüklərin sevdiyi ətirli, iştahaçan kəsmikli vatruşkalar səhər yeməyi süfrəsində göz oxşayır. Evdar.az dadlı kəsmikli vatruşkanın reseptini təqdim edir. Tərkibi: Xəmir üçün: …

Yeməyə də, Baxmağa da Doymayacağınız Qırmızı Məxmər Kapkeyki
Qırmızı məxmər (Red Velvet) kapkeyki parlaq görünüşü və dadı ilə hər kəsi təəccübləndirir. Evdar.az yeməyə də, baxmağa doymayacağınız qırmızı məxmər kapkeykin reseptini təqdim edir.

Keks üçün:

2 ədəd yumurta
150 qr şəkər tozu
200 qr un
3 xörək qaşığı qatıq
150 ml bitki yağı
1 çay qaşığı qabartma tozu
1 xörək qaşığı kakao
1 çay qaşığı qırmızı maye qida boyası
Krem üçün:

200 qr 9%-lik kəsmik
200 qr kərə yağı
50-60 qr ( 3 xörək qaşığı ) şəkər kirşanı
70 qr ağ şokolad
Hazırlanma qaydası:

Keksini hazırlamaq üçün bir qabda yumurta və şəkər tozunu mikserlə yaxşıca çırpın. Üzərinə qatıq, kərə yağı, un, qabartma tozu, kakao, qırmızı gel boya əlavə edib qarışdırın. Keks xəmirini kapkeyk üçün xüsusi qəliblərə bölüşdürüb əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.
Kremi hazırlamaq üçün otaq temperaturunda yumşaldılmış kərə yağını mikserlə ağarana kimi yaxşıca çırpın. Üzərinə şəkər kirşanı əlavə edib çırpmağa davam edin. Kəsmiyi 4 yerə bölüb hissə-hissə kremə əlavə edib çırpın. Ağ şokoladı mikrodalğalı sobada və ya su hamamında əridib bir az soyuduqda kremə əlavə edin. Əridilmiş şokoladla birlikdə yaxşıca qarışdırın. Bişmiş soyuyan kapkeyklərin üzərini kremlə bəzəyib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!
#evdar #resept #qadinlar #yemekresepti #yemekler #reseptler #xanimlar #azerbaycan #qadinsayti #evdaraz #yemekbisirmek #dadliyemekler #dadlireseptler #bisirmeqaydasi #nusolsun http://evdar.az/recipes/yem%c9....%99y%c9%99-d%c9%99-b

Yeməyə də, Baxmağa da Doymayacağınız Qırmızı Məxmər Kapkeyki Resepti | Evdar.az
evdar.az

Yeməyə də, Baxmağa da Doymayacağınız Qırmızı Məxmər Kapkeyki Resepti | Evdar.az

Qırmızı məxmər (Red Velvet) kapkeyki parlaq görünüşü və dadı ilə hər kəsi təəccübləndirir. Evdar.az yeməyə də, baxmağa doymayacağınız qırmızı məxmər kapkeykin reseptini təqdim edir. Keks …
حول

Evdar.az – Ən Dadlı Kulinariya Saytı
Mətbəxini sevən, yeni ləzzətlər axtarışında olan hər kəs sayta daxil olaraq Azərbaycan və Dünya mətbəxinin müxtəlif xörəklər, salatlar, şirniyyatlar və dietik yeməklərin hazırlanma qaydaları ilə tanış ola bilər.

Bundan əlavə sağlamlıq və faydalı məlumatlar haqqında da bölməmizdən faydalana bilərsiniz.

Hazırladığınız, dadı və görünüşünə əmin olduğunuz yeməklərinizin, süfrələrinizin fotolarını bizimlə və bütün dünya ilə bölüşə bilərsiniz. Bunun üçün edəcəyiniz tək şey infoevdar.az@gmail.com ünvanına reseptərinizi göndərməkdir.

Evdar.az tezliklə Azərbaycanın ən dadlı kulinariya reseptləri saytı olacaq!