G-74H2NJVZ8R
Vahid Hasano Cover Image
Vahid Hasano Profile Picture
Vahid Hasano
@VahidHasano
4 people like this
3 yrs - Youtube

#vahidhasanov #vahidhasano #buraveten #buravetendir #buravatandir #buravatan #azerbaycan #azerbaijan #nature #regions #winter #qish #video #iscoming

Artıq 2 ilə yaxındır ki, nə Dövlət, nə də özəl şirkətlərin dəstəyi olmadan öz hesabıma və sizlərin dəstəyi ilə Azərbaycanın ən gözəl yerlərini gəzib çəkib sizlərə və dünyaya tanıtmağa çalışıram. Səyahət boyu çox çətinklərlə üzləşirəm, lakin məni həvəsdən heç bir qüvvə sala bilməz, çünki sevdiyim işi görürəm! Azərbaycana aid bir çox video lahiyələr ərsəyə qətirmişəm, lakin bu son 5 ayda foto və video texnikam qalmadı, bəziləri sıradan çıxdı, bəzilərini isə satıb pula çevirməli oldum ki, lahiyələrimin davamını çəkim. Foto və video texnikada mənə dostlarım böyük dəstək oldular, İslam, Ağarəhim, Ruslan, Mamed cox sağ olun! Artıq satmağa heçnəyim yoxdu və həmçinin başqa yerdən gəlirim olmadığı üçün Azerbaycana aid çəkdiyim lahiyələrin yarıda qalma təhlükəsi ilə üz-üzə durmuşam. Bu layihələrimi yarıda qoymaq heç də mənim ürəyimçə deyil. Nəyə görə mən sevdiyim işi gedib başqa ölkə üçün görməliyəm. Məni çoxdan izləyənlər azdan-coxdan bilir, nə cür çətinliklərdən keçmişəm. Statistikaya görə mənim postlarımı 10 minə yaxın insan görür, və əgər hər biriniz, öz sosial şəbəkələrinizdə, ən bəyəndiyiniz video işimi paylaşaraq kim olduğumu və mənim nə iş gördüyümü qeyd etsəz, inanıram ki, işlərim öz qiymətini taparaq dəyərləndiriləcək və layihərimin davamının gəlməsi üçün lazımı dəstək göstəriləçək, sevdiyim işi Vətənim üçün görməyimdə, mənə dəstək olmağınızı istəyirəm! Öncədən hər kəsə minnətdaram!

About

Vahid Həsənov (VahidHasano) Bura Vətəndir layihəsi çərçivəsində Azərbaycanın bütün bölgələrini gəzərək, bəzən günlərlə ac-susuz qalaraq təbiətimizin gözəlliyini dünyaya göstərməyə çalışır.