G-74H2NJVZ8R

Xalq artisti Şamil Süleymanov: Şuşadakı evimizi tapdım, divarlarından öpdüm
Azərbaycanın Xalq artisti Şamil Süleymanov Şuşa şəhərinə səfəri, Cıdırdüzündə olması ilə bağlı duyğularından danışıb.

“Atamın yeddi yaşı olanda ailəsi ilə Cıdırdüzündə bir qayanın yanında şəkil çəkdirmişdi. Biz də ailəmizlə mənim yeddi yaşım olanda o qayanın yanında şəkil çəkdirdik.

Cıdırdüzünə gedəndə, inanın ki, o qaya məni çağırdı. O qayanın yanında padşahlar kimi oturdum. Çünki mənim müzəffər Ali Baş Komandanım var, mən də onun əsgəriyəm. Elə də oturmalı idim: Qalib kimi”.

Xalq artisti ən böyük arzusunun Gövhər Ağa məscidində qələbə namazı qılmaq olduğunu və may ayında bu arzusunun reallaşdırdığını və Şuşada yerləşən evlərinə getdiyini də qeyd edib: “Evimizi tapdım. Evimizin başına fırlandım, divarlarını öpdüm”.

#xalqartisti #shamilsuleymanov #shusha #freeshusha #shusha #karabakhisazerbaijan #qarabag #shushaisazerbaijan https://yalan.info/xalq-artist....i-samil-suleymanov-s