G-74H2NJVZ8R

Mətbəxə Daxil Olan Ədviyyatlar…
https://1arada.az/m%c9%99tb%c9....%99x%c9%99-daxil-ola

image

“ƏDV Geri Al” Ilə Bağlı YENİ XƏBƏR
https://1arada.az/%c9%99dv-ger....i-al-il%c9%99-bagli-

image

Bakıda Koronavirusa Ən Yüksək Yoluxma Bu Rayondadır
https://1arada.az/bakida-koron....avirusa-%c9%99n-yuks

image

Azərbaycanda Çəkilən Xarici Filmlərdən…

“Amfibiya adam” bədii filminin bəyaz pərdəyə çıxdığı vaxtdan yarım əsrə yaxın vaxt keçir. Film üçün bu, az müddət deyil. Bu zaman kəsiyində çox ekran əsəri yaranıb. Populyarlığını uzun müddət saxlamaqsa hər filmə nəsib olmur. «Amfibiya adam» fantastik filmi bu gün də ekranlardan düşmür.

1Arada.az olaraq sizə film haqqında maraqlı məlumatları çatdırırıq. Filmin yaradıcı kollektivi, xüsusilə rejissor Vladmir Çebotaryov çəkilişə başlayanda bu əsərin müvəffəqiyyət qazanacağına inanırdı. Ondan fərqli olaraq, başqa cür düşünənlər, filmə bir qədər skeptik yanaşanlar da vardı. O üzdən də çəkilişə kifayət qədər maliyyə vəsaiti ayrılmasına da ürək eləmirdilər. Ancaq çoxları bilmirdi ki, «Amfibiya adam» böyük gəlir gətirən film olacaq. Yarım il ərzində filmə altmış beş milyon tamaşaçı baxmışdı. 60-cı illərin əvvəllərində fantastik ədəbiyyata meyl artmışdı. Nəşriyyatlar oxucu tələbatanı nəzərə alaraq fantastik əsərlərin çapına geniş yer verirdilər. Təbii ki, kinematoqraf bu axından kənarda qala bilməzdi. Məhz belə bir vaxtda «Amfibiya adam» filminin ekranlara çıxması sözün əsl mənasında sovet kino həyatında sıçrayış idi. Ölkənin kino tarixində ilk dəfəydi ki, belə bir mövzuya müraciət edilirdi. Sovet kinematoqrafiyasında sualtı epizodların çəkilişi təcrübəsi yox idi. Elə ilk günlərdən rejissor Vladimir Çebotaryov texniki imkansızlıqdan yaranan problemlərlə qarşılaşmalı oldu. Filmdəki sualti epizodlarda daha çox natura çəkilişlərinə üstünlük verilirdi ki,bu da filmdəki hadisələri daha maraqlı və inandırıcı edirdi. Onu da deyim ki, filmin bir çox epizodları Bakıda çəkilib.

Bu səbəbdən «Amfibiya adam» bizim tamaşaçılar üçün ikiqat sevimlidir. Filmin yaranma tarixidə çox maraqlıdır. Filmin rejissoru Çebotaryov sənətdə yeni söz demək, ekrana yeni mövzu gətirmək arzusundaydı. “Lenfilm” kinostudiyasında bir neçə ssenariylə tanış oldu. Onların arasında «Amfibiya adam» daha çox diqqətini cəlb etdi. Ssenari zəif yazılsa da bu, rejissoru qorxutmadı, onun üzərində yenidən işləndi. Çebotaryov ssenarinin diqqətdən kənarda qalmasının səbəbini yaxşı bilirdi, bilirdi ki, fantastik filmin çəkilişi texniki baxımdan mürəkkəbdir və bu ağırlığı çiyinlərinə götürsə, heç şübhəsiz o, böyük çətinliklərlə qarşılaşmalı olacaq. Bir də ki, rejissorun bu sahədə təcrübəsi yox idi. Ondan ötrü ən çətin problem baş rolların oyunçularını tapmaq idi, xüsusən də İxtiyandr rolunun ifaçısını.

Ardını Oxuyun: https://1arada.az/az%c9%99rbay....canda-c%c9%99kil%c9%

Azərbaycanda Çəkilən Xarici Filmlərdən… – 1Arada.az
1arada.az

Azərbaycanda Çəkilən Xarici Filmlərdən… – 1Arada.az

1Arada.az olaraq sizə film haqqında maraqlı məlumatları çatdırırıq. Filmin yaradıcı kollektivi, xüsusilə rejissor Vladmir Çebotaryov çəkilişə başlayanda bu əsərin müvəffəqiyyət qazanacağına inanırdı. Ondan fərqli olaraq, başqa cür düşünənlər, filmə bir qədər skeptik yanaşanlar da vardı. O üzdən də çəkilişə kifayət qədər maliyyə vəsaiti ayrılmasına da ürək eləmirdilər.
About

1ARADA.az portalı tibbi sayt olmaqla yanaşı böyükdən kiçiyə çoxlarını maraqlandıran bir çox sahələrdən sizi xəbərdar edəcək.

Saytımızdan həkimlərin müsahibələri, onların fəaliyyət sahələri, tibb aləmində olan yeniliklər, dərman preparatları, tibb müəssisələri haqda bir sıra məlumatlar əldə edə bilərsiniz. İnsanlara həkimləri tanıtmaq, pasiyentlərə doğru ünvana müraciət edərək problemlərini tez bir zamanda həll etməyə yardımçı olacayıq.

Bundan əlavə saytımızda avtomobil, təhsil, səyahət, məişət, dəb, ev, xalq təbabəti və mətbəx rubrikalar da fəaliyyət göstərir.